7 yanvar 2016 13:20
Kəpəz Neftçi ilə Bakıda görüşəcək
Çempionatın ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək “Kəpəz”in yoxlama oyunundakı rəqiblərindən biri məlum olub. Azerisport.az xəbər verir ki, “sarı-göylər” yanvarın 23-də “Neftçi” ilə qarşılaşacaq.“Bakcell Arena”da reallaşacaq oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Gəncə klubu Topaz Premyer Liqasının qış fasiləsi müddətində üç yoxlama matçı keçirəcək. “Kəpəz”in digər iki rəqibi isə hələ müəyyənləşməyib.
