7 yanvar 2016 13:00
Zirənin prezidenti: Yanvarın 29-na qədər borcumuzu bağlayacağıq
"Zirə"nin prezidenti Vüqar Astanov Peşəkar Futbol Liqasına olan borca görə AFFA İntizam Komitəsi tərəfindən çıxarılan məlum sanksiyaya münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Milli valyutanın devalvasiyası klublarımızın da işinə təsirsiz ötüşməyib. Buna baxmayaraq, PFL-ə olan borcumuzu ödəməyə çalışacağıq. Bizim borcumuz elə də çox deyil. Premyer Liqanın ən gənc klubuyuq. Cəmi yarım ildir elitada çıxış ediik. Fikrimcə, yanvarın 29-na qədər borclarımızı bağlaya biləcəyik".
