7 yanvar 2016 12:40

Samir Əliyev: Neftçiyə qayıdışım mənim ancaq xeyrimə olacaq

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayevin köməkçisi təyin olunan Samir Əliyev bununla əlaqədar azerispot.az saytının suallarını cavablandırıb.

- "Neftçi"yə qayıdışınız rəsmiləşib?
- Düzünü desəm, klubla müqaviləm bitməmişdi. Yəni onsuz da "Neftçi"də idim. Hətta bəzi məşqləri kənardan izləyirdim. Komanda ilə birgə idim. Elə oyunlar olurdu ki, bəzən öncədən, bəzən də matç bitəndən sonra paltardəyişmə otağına girirdim, uşaqları, Əsgər Abdullayevi təbrik edirdim. Yəni onu demək istəyirəm ki, komandanın yanında idim.

- Bəs köməkçi məşqçi olmaq təklifini sizə kim etdi?
- Baş məşqçi Əsgər Abdullayevdən. Onunla söhbətləşdik, bəzi məsələləri müzakirə etdik. Düşündüm ki, belə bir mütəxəssislə çalışmaq, eyni zamanda təhsilimi davam etdirmək özümə də faydalı olar. Çünki bu, mənim ancaq xeyrimə olacaq.

- Yəni, bir müddət öncə baş məşqçisi olduğunuz komandaya indi köməkçi məşqçi kimi qayıtmaq sizin üçün heç də problem olmadı?
- Mənim üçün bu, böyük məsuliyyətdir. Əksinə, Abdullayevin yanında çalışmaqla böyük təcrübə toplayacağam. Eyni zamanda PRO kateqoriyasını almaq üçün də vaxtım olacaq.

- İndiki "Neftçi" ilə sizin dövrünüzdəkini necə müqayisə edərdiniz?
- Bu yöndə hansısa paralellər aparmaq istəməzdim.

- Yəni, uğur qazana bilmədiyiniz bir komandaya qayıtdığınıza görə mümkün tənqidlərdən qorxmadınız?
- Dediyim kimi, Abdullayevdən təklif gəldi, mən də qəbul etdim. Fikrimcə, doğru qərar qəbul etmişəm. Çünki ondan öyrənəcəyim çox şey var. Hansısa gənc mütəxəssisin əlinin altında işləməyəcəyəm ki. Abdullayev vaxtilə Azərbaycan yığmasını da çalışdırıb. Onun rəhbərliyi altında futbol da oynamışam. Bu, mənim üçün yaxşı fürsətdir.

- "Neftçi"dən gedəndən sonra hansısa klubdan təklif almamışdınız?
- Mən nəyə nail olmuşam ki, hansısa klubdan təklif də alam? Heç bir klubdan dəvət gəlməyib.

- Sizcə, komandanızın avrokuboklara vəsiqə qazanmaq şansı var?
- Şans həmişə var. Qarşıda hələ çox oyun var. Odur ki, hər şey ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.