7 yanvar 2016 11:40
Topaz Premyer Liqası 38-ci oldu
Futbol üzrə Azərbaycan çempionatı dünya reytinqində 38-ci pilləni tutur. Azerisport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2015-ci ilin 40 ən yaxşı çempionatının siyahısını açıqlayıb.
Topaz Premyer Liqası 445,0 xalla 38-cidir. Avropa ölkələrinin milli birincilikləri arasında isə çempionatımız 25-ci yerdə gedir.
Qeyd edək ki, 2014-cü ilin yekunlarına görə, TPL 37-ci olmuşdu.
Birinci yerdə İspaniya La Liqası qərarlaşıb (1262 xal). İtaliya A Seriyası ikinci (1177), Almaniya Bundesliqası (1044) üçüncüdür.
