Viktorio Pavlov: Həm biz, həm də Azərbaycan yığması digər rəqiblərdən geri qalmırıq
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Bolqarıstan U-17 oyunundan sonra rəqib komandanın baş məşqçisi Viktorio Pavlov fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
"Ümumi götürsək, bərabər oyun oldu. Məncə, birinci hissədə biz daha yaxşı təsir bağışladıq. Amma fasilədən sonra fiziki cəhətdən çatdırmadıq. Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı. Nəticəyə görə məyusam. Amma məni daha çox komandamın ikinci hissədəki zəif çıxışı narahat edir. Həm bizim, həm də Azərbaycan yığmasının futbolçuları digər komandalardan 1 yaş kiçik olsa da, taktiki cəhətdən rəqiblərdən geri qalmırıq”.
