6 yanvar 2016 19:00
İnter PFL-ə olan borcunu yanvarın 29-dək ödəyəcək
"İnter" Peşəkar Futbol Liqasına olan borcunu yanvarın 29-dək ödəməyə hazırlaşır. Azerisport.az saytına klubun mətbuat xidmətindən verilən məlumatda belə deyilir:
"Əlbəttə, vəziyyətdən biz də xəbərdarıq. PFL-dən məktub almışıq. Borcumuzu bağlamalıyıq. Klub rəhbərliyi bu məsələ ilə məşğul olur. "İnter" PFL qarşısındakı bütün öhdəliklərini yerinə yetirməyə çalışır".
Qeyd edək ki, "Qarabağ" istisna olmaqla, digər bütün klubların PFL-ə borcu var. Həmin borc yanvarın 29-dək ödənilməyəcəyi təqdirdə, klublar nə yeni transferlərini sifariş edə, nə də legionerlərinin xidmətindən yararlana biləcək.
