6 yanvar 2016 18:30
Vüqar Mustafayevin Zirəyə keçidi yubanır
"Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Mustafayevin "Zirə"yə keçəcəyini xəbər vermişdik. Azerisport.az saytına açıqlamasında o, hələ də Ağdam klubundan ayrılmadığını bəyan edib:
"Mən hələ ki, "Zirə"yə keçməmişəm. Hələ də "Qarabağ"dayam. Komanda ilə birgə Türkiyədə toplanış keçirəm. "Zirə"yə keçidimin alınıb-alınmayacağını bilmirəm. Allah eləsin ki, danışıqlar Antalyada da davam etsin".
