6 yanvar 2016 16:20
Rzayev Türkiyə klubuna keçəcəyinə dair ümidini itirmir
"Sumqayıt"ın gənc hücumçusu Tural Rzayev Türkiyənin "Mersin İdmanyurdu" klubuna keçmək şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim "Mersin İdmanyurdu"na transferimlə menecerim məşğul olur. Yaxın günlərdə hər şeyə aydınlıq gəlməlidir. "Sumqayıt"a qayıtmağı düşünmürəm. Tezliklə Türkiyədə oynayıb-oynamayacağıma aydınlıq gələcək".
Qeyd edək ki, Rzayev məhz "Mersin İdmanyurdu"ndan gələn rəsmi dəvət səbəbindən "Sumqayıt"dan ayrılıb və azad agentdir. Amma onu bu komandaya aparan baş məşqçi Bülənt Qorxmaz da bir neçə gün öncə klub rəhbərliyi tərəfindən istefaya göndərilib. Bu üzdən də Rzayevin Türkiyə klubuna keçib-keçməyəcəyi hələlik, sual altındadır.
