6 yanvar 2016 15:20
Qarabağ Antalyada məşqlərə start verdi
Ötən gün Türkiyəyə yola düşən "Qarabağ" artıq Antalyadadır. Azerisport.az xəbər verir ki, Bakı - İstanbul - Antalya reysi ilə sözügedən bölgəyə çatan Ağdam klubu artıq komandamız üçün doğma olan "İC Santai" otelində məskunlaşıb.
Bu gündən etibarən isə "Qarabağ" təlim-məşq toplanşına başlayıb. Hazırlığın ilk günündə komanda fitnes zalında çalışmayla kifayətlənib. Məşq yerli vaxtla 11:00-da start götürüb. Komandanın treanjor zalında çalışması 1 saat davam edib.












