6 yanvar 2016 15:00
Belarus yığması Bakıya gəlməkdən imtina etdi
Futzal üzrə Belarus yığmasının Azərbaycan millisi ilə yoxlama oyunu keçirmək üçün Bakıya gələcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, belaruslular bu fikirlərini dəyişiblər.
Onlar bunu texniki problemlərlə əlaqələndiriblər. Halbuki, onların ölkəmizə səfər etmək üçün sadəcə, təyyarə bileti alması lazım idi. Qalan bütün xərcləri (otel, qidalanma, nəqliyyat) isə AFFA öz üzərinə götürmüşdü.
Qeyd edək ki, Azərbaycan yığması fevralın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatının final mərhələsinə hazırlaşır. Komandamız hazırlıq prosesi çərçivəsində yanvarın 22-si və 24-də Belarusla iki yoxlama oyunu da keçirəcəkdi.
