6 yanvar 2016 12:20
Fikrət Hüseynov: AZAL-ın 2-3 yeni oyunçuya ehtiyacı var
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov manatın devalvasiyasından sonra klubda baş verənlər barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Devalvasiyanın təsir etmədiyi klub yoxdur. Biz mövsümün əvvəlində klubun strategiyasını dəyişdik və daha çox gənc futbolçulara güvənməyə başladıq. Büdcəni də azaltmışdıq. Ona görə də manatın devalvasiyasının bizə çox güclü təsir etdiyini deməzdim. Biz bütün bunları öncədən də görürdük və özümüzü buna hazırlamışdıq. Buna baxmayaraq, heyətimizi iki-üç yeni futbolçu ilə gücləndirməyi düşünürük. Buna ehtiyac var".
