6 yanvar 2016 12:00

Əsgər Abdullayev: Öz hazırlıq planımız var, turnir barədə düşünmürük

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi

- Samir Əliyevin sizin köməkçiniz olmasını rəhbərlik təklif etdi?
- Düzünü desəm, onun namizədliyini özüm təklif etdim. Sağ olsunlar ki, bundan imtina etmədilər.

- Əliyev dərhal razılaşdı? Çünki o, bir müddət öncəyə kimi komandanın baş məşqçisi idi...
- Onun tərəfindən heç bir problem olmadı. Samir kifayət qədər gənc mütəxəssisdir və bu iş onun ancaq xeyrinə olacaq.

- Mövsümün qalan dövrünə hazırlığın ilk günləri necə keçir?
- Hələ ki, futbolçular tibbi müayinədən keçirlər. Sabah isə ilk məşqimiz baş tutacaq. Yanvarın 11-dən toplanışa start verəcəyik.

- Xaricə getməyən klublarımız arasında təşkil olunması gözlənilən mini-turnirdə iştirak etmək sizin də planlarınıza daxildir?
- Dekabrda məşqçilərin görüşü zamanı AFFA-nın baş katibi Elxan Məmmədov belə bir turnir təşkil etmək arzularının olduğunu bildirmişdi. Mənim öz hazırlıq planım var. Bu turnir barədə heç düşünmürdük. Öz proqramımızla hazırlaşmaq istəyirik.

- Yəni "Neftçi" bu turnirdən imtina edəcək?
- Mən öz hazırlıq qrafikimizi tərtib etmişəm. Ümid edirəm ki, turnir bizim planlarımızla üst-üstə düşəcək və imtina etməyəcəyik.

- Müqavilə müddəti başa çatmış Mixal Peskoviçlə Jayronun aqibəti necə olacaq?
- Onlar böyük ehtimalla mövsümün sonunadək "Neftçi"də qalacaqlar. Amma komandanı tərk edənlər də olacaq. Yaxın günlərdə bundan xəbəriniz olacaq.

- Bəs heyəti gücləndirməyi düşünürsünüz?
- Biz gənc futbolçulara üstünlük verməyə çalışırıq. Əvəzedici heyətdən bir neçə futbolçunu əsas komandaya dəvət etmişik.

- Bu, heyəti gücləndirmək yönündə yeganə addımınız olacaq?
- Bu məsələ hələ müzakirə olunur. İstisna deyil ki, kənardan da transferlərimiz olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.