6 yanvar 2016 00:35
"Azərbaycanlıların Mersin İdmanyurduna transferi məsələsi artıq bağlanıb"
Türkiyə Super Liqasında çıxış edən "Mersin İdmanyurdu" klubundan istefaya göndərilən Bülənt Qorxmaz azərbaycanlı futbolçuların - Qara Qarayevlə Tural Rzayevin bu kluba transferinin artıq baş tutmayacağını bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan Premyer Liqasını izləyirəm. Sizin futbolla maraqlanıram. Qara "Qarabağ"ın futbolçusudur. Orada aşağı yaş qruplarında çalışmış dostlarım bu futbolçunu məsləhət görmüşdü. Özünü də izlədim və yaxşı futbolçu olduğunu deyə bilərəm. Tural isə nisbətən gənc futbolçudur. Amma onun da kluba lazım olduğunu demişdim. Təəssüf ki, məsələ artıq bağlanıb".
