6 yanvar 2016 00:25
Aleksandr Quruli AZAL-ı tərk etdiyi barədə xəbərləri təkzib etdi
AZAL-ın gürcü yarımmüdafiəçisi Aleksandr Quruli paytaxt klubunu tərk edəcəyi barədə xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakıya gələcəyəm. AZAL-dan getdiyim barədə xəbərlərin haradan yarandığını başa düşə bilmirəm. AZAL-ı tərk etmək fikrim yoxdur. Komandaya kömək etmək istəyirəm".
