5 yanvar 2016 19:30
PFL klubların hesabından xal silməyəcək, amma...
Peşəkar Futbol Liqasının rəhbərliyi Topaz Premyer Liqasında çıxış edən klubların borcunu ödəməməsi səbəbindən AFFA-ya şikayət ünvanlayacaq. Azerisport.az xəbər verir ki, "Qarabağ" istisna olmaqla digər klubların hamısının PFL-ə borcu var.
Amma onlar borcu ödəməyə tələsmirlər. Öncə cəza kimi klubların hesabından xal silinməsi variantı var idi. Lakin PFL rəhbərliyi sonradan belə qərar qəbul edib ki, AFFA İntizam Komitəsinə müraciət etsin. Sözügedən qurumun bununla bağlı hansı qərarı çıxaracağı isə bəlli deyil.
