5 yanvar 2016 17:40
Sumqayıtın hücumçusuna üç klubdan təklif var
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad karyerasını Almaniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, yığmamızın sabiq futbolçusu ilə bu ölkənin üç klubu - "Karl Tseyss", "Maqdeburq" və "Tsvikkau" maraqlanır.
Bu klubların hamısı Almaniyanın aşağı divizionlarında çıxış edir. Amma Pərdis böyük ehtimalla bu qış "Sumqayıt"ı tərk etməyəcək.
