5 yanvar 2016 17:20
Xaqani Məmmədov Bakı toplanışı üçün planlarını açıqladı
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Bakıda həyata keçirəcəkləri təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxın günlərdə toplanışın yerini dəqiqləşdirəcəyik. Hazırlıq Bakıda olacaq. Toplanış iki mərhələdə olacaq. Premyer Liqa hakimləri üçün ayrı, birinci divizion və əvəzedicilərin çempionatında idarəçilik edənlər üçün ayrı. Paytaxtdakı otellərdən birində məskunlaşmaq istəyirik. Çünki hakimlər hər gün evlərinə gedəcəkləri halda, bu, toplanış olmayacaq. Hakimlərimizə seminar keçmək üçün xarici mütəxəssis dəvət etməyi də düşünürük. Həmçinin Anatoli Banişevskinin 70 illiyi münasibəti ilə Premyer Liqa klubları arasında mini-turnir keçirməyi də təklif edirəm".
