5 yanvar 2016 18:40
AZAL Quruli ilə yollarını ayırdı
AZAL gürcü yarımmüdafiəçisi Aleksandr Quruli ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu futbolçu ilə bir illik müqavilə bağlanmışdı.
Amma tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam vermək qərarına gəliblər.
Qeyd edək ki, AZAL bu qış hələlik, bir futbolçu transfer edib. "Təyyarəçilər" mövsümün əvvəlini "Zirə"də keçirmiş müdafiəçi Eltun Hüseynovla müqavilə imzalayıblar.
