5 yanvar 2016 18:20
Rəvanın futbolçuları 3 aydır maaş almır
"Rəvan"ın futbolçu və məşqçi heyəti üç aydır ki, maaş almır. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi oktyabr, noyabr və dekabr ayının pulunu hələ də ödəməyib.
Bu üzdən artıq bəzi futbolçular iş yerini dəyişmək barədə düşünməyə başlayıb. Klub rəhbərliyi isə onlara sadəcə, vəd verməklə və hər şeyin yaxşı olacağına inandırmaqla kifayətlənir.
