5 yanvar 2016 16:00

Muarem Muarem: Qarabağdan xəbər gözləyirəm

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- Türkiyənin "Əskişəhərspor" klubundan ayrıldıqdan sonra sizin "Qarabağ"a qayıdacağınız gözlənildiyi halda, son günlərdə "İnter"ə keçmək üzrə olduğunuz iddia olunmağa başlayıb. Bu, doğrudanmı belədir?
- "İnter"dən heç kimlə görüşməmişəm. Bütövlükdə, xüsusi bir yenilik yoxdur. Yaxın iki-üç gün ərzində hansı komandaya keçəcəyimə aydınlıq gələcək.

- Maliyyə problemləri olan "İnter"dən təklif gəlsə, qəbul edəcəksinizmi?
- "İnter"in maliyyə problemləri var?

- Futbolçular son yarım ildə maliyyə problemlərindən az şikayətlənməyiblər...
- Ola bilər. Amma istənilən halda mən bu klubdan heç kimlə görüşməmişəm.

- Elə isə, bəs bu xəbərlər haradandır?
- Özüm də bilmirəm. Bircə onu bilirəm ki, "İnter" yenicə Vüqar Nadirovla müqavilə imzalayıb.

- Türkiyənin "Yeni Malatyaspor" klubuna keçdiyiniz bildirilsə də, sonradan Azərbaycandan bir komanda ilə razılığa gəldiyiniz üçün onların təklifini geri çevirdiyiniz xəbəri yayıldı...
- "Yeni Malatyaspor"a keçdiyim barədə xəbərləri mən özüm də mətbuatdan oxumuşdum. Halbuki, həmin vaxt heç bir klubla danışıq aparmırdım. Əslində, həmin komandada olan məşqçini çox yaxşı tanıyıram. Onun xoşuna gəlirəm və məni komandasında görmək istədiyini bildirib. Amma bunu klub rəhbərliyi ilə müzakirə etməmişik. Ona görə də "Yeni Malatyaspor"a keçdiyim barədə xəbərləri oxuyanda çox təəccübləndim.

- Azərbaycan klublarından hansı iləsə danışıq aparırsınız?
- Açığını deyim ki, "Qarabağ"dan xəbər gözləyirəm. Ağdam klubuna qayıtmaq istəyirəm. Amma hələ heç nə dəqiq deyil.

- Bəs "İnter"də keçmiş komanda yoldaşınız Vüqar Nadirovla birgə oynamaq istəməzdiniz?
- (gülür) Azərbaycanda "Qarabağ"dan başqa kluba keçməyi heç vaxt düşünməmişəm. Bu klub mənim üçün həmişə birinci yerdə olub.

- Ağdam klubuna keçidiniz rəsmiləşsə, yəqin ki, komandaya Antalyada qoşulacaqsınız...
- Yəqin ki. Allah eləsin ki, "Qarabağ"dan yaxşı xəbər gəlsin və Makedoniyadan birbaşa Antalyaya yollanım. Amma hələ baş məşqçi Qurban Qurbanovla, klub rəsmiləri ilə heç bir görüşüm olmayıb. Sadəcə, onlardan xəbər gözləyirəm.

- İndi "Qarabağ" daha geniş heyətə malikdir və rəqabət də böyükdür. Düşünmürsünüz ki, keçidiniz baş tutsa, əsas heyətə düşmək daha çətin olacaq?
- Bu, mənim üçün problem deyil. Əsas heyətdə oynamaq üçün çox yaxşı hazırlaşmağım lazımdır. Komandada rəqabətin güclü olması isə həm futbolçuların xeyrinədir, həm də komandanın daha ciddi uğurlar üçün mübarizəsi baxımından faydalıdır. "Qarabağ"ı yaxşı tanıyıram. Əminəm ki, tez bir zamanda əvvəlki formamı bərpa edə və komandaya kömək edə biləcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.