5 yanvar 2016 15:40
Sumqayıt Nuran Qurbanovla yollarını ayırdı
"Sumqayıt" bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi Nuran Qurbanov artıq bu kluba məxsus deyil.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Onun karyerasını hansı klubda davam etdirəcəyi isə hələlik, bəlli deyil.
Qeyd edək ki, Qurbanov "Sumqayıt"a "Bakı"dan gəlmişdi.
