5 yanvar 2016 15:20

Sky Sports Bəhramovu haqlı çıxardı

Böyük Britaniyanın “Sky Sports” telekanalı futbol üzrə İngiltərə milli komandasının 1966-cı il dünya çempionatındakı qələbəsinin 50 illiyinə həsr olunmuş irimiqyaslı layihə hazırlayıb. Azerisport.az xəbər verir ki, kanalın ekspertləri Ceymi Karrager və Ed Çemberlen statistik göstəricilər və kompüter qrafikasının köməkliyi ilə futbolçuların Almaniya ilə final matçındakı hərəkətlərini analiz ediblər.

Verilişdə həmin oyunun iştirakçıları, eləcə də, qapıçı Qordon Benks və het-trik müəllifi Ceffri Herst ilə müsahibə təqdim olunub. Bundan başqa müasir texnologiyalardan istifadə etməklə müəlliflər “Üçüncü qolda top qapını keçmişdimi?" sualına birmənalı cavab tapıblar.

Qeyd edək ki, əvvəllər əldə olan videotəkrarlardan heç biri hakimin qərarının düzgünlüyü barədə mühakimə yürütməyə imkan vermirdi. Həmin qarşılaşmanın baş hakimi Qotfrid Dinst azərbaycanlı laynsman Tofiq Bəhramovla məsləhətləşdikdən sonra əminliklə mərkəzi göstərmişdi. İllərlə müzakirə mövzusu olan bu görüş İngiltərə millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Yanvarın 4-də efirə gedən verilişdə isə britaniyalı həmkarlarımız Bəhramovun qərarının tamamilə doğru olduğunu isbatlayıblar. Müasir texnologiya vasitəsilə topun qapı xəttini keçib-keçmədiyi müəyyənləşdirilib və burda həmyerlimiz Tofiq Bəhramov haqlı çıxıb. Karragger bu məsələ ilə bağlı fikirlərini bildirib: “Göründüyü kimi azərbaycanlı laysman Tofiq Bəhramov haqlıdır. Top qapı xəttini keçib. Almanlar artıq şikayət edə bilməzlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.