5 yanvar 2016 15:00
Fikrət Hüseynov: AZAL-ın iki illik borcu var
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun Peşəkar Futbol Liqasına borcu olduğu üçün mümkün transfer qadağası ilə üzləşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda bizim bu borcu ödəmək imkanımız yoxdur. Bu ayın sonunda AFFA Klublar Komitəsinin növbəti iclası keçiriləcək. Orada biz bu məsələni də müzakirə edəcəyik. Kompromissə gəlməliyik. İki ildir ki, borcumuz yığılıb qalıb. Biz legioner futbolçuları təkcə öz xeyrimiz üçün gətirməmişik. Bunu həm də çempionat maraqlı olsun deyə edirik. İndi isə yerli futbolçulara şans veririk ki, özlərini göstərsinlər".
