5 yanvar 2016 14:40
Vaqif Cavadov özünə yeni klub tapdı
"Sumqayıt" heyətini iki yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, sözügedən klub Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovla müqavilə imzalayıb. Vaqif mövsümün sonunadək "Sumqayıt"ın şərəfini qoruyacaq.
"Sumqayıt"ın heyətinə qatdığı digər futbolçu isə Kənan Manafovdur. "Neftçi"nin yetirməsi olan gənc oyunçu ilə ilyarımlıq müqavilə imzalanıb. Qeyd edək ki, bu futbolçu mövsümün ilk yarısını "Rəvan"da keçirib. Cavadov isə "Qəbələ"də çıxış edirdi.
