5 yanvar 2016 13:40
İnterin yeni prezidenti AFFA və PFL rəhbərliyi ilə görüşəcək
"İnter"in prezidenti Rəşad Qasımov bəyan edib ki, tezliklə komanda üçün yeni strategiya təqdim olunacaq. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu həftə AFFA və PFL rəsmiləri ilə görüş keçirməyi planlaşdırırıq. Onlarla görüşdə klubumuzla bağlı məsələləri tam dəqiqləşdirmək istəyirik. Bu, ilk növbədə maliyyə məsələləri ilə bağlıdır. Biz həm borcumuzu, həm də alacağımız məbləği dəqiqləşdirmək istəyirik. Həmçinin yeni rəhbərliyin strategiyasını da müəyənləşdirməliyik ki, bu barədə ictimaiyyətə məlumat veriləcək".
