5 yanvar 2016 13:00
İnter bu gün Türkiyədə ilk məşqə çıxacaq
Məlumat verdiyimiz kimi, "İnter" təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyənin Antalya mahalındadır. Azerisport.az xəbər verir ki, "Riu Kaya Belek" mehmanxanasında məskunlaşan komanda bu gün iki dəfə məşq etməyi planlaşdırır. İlk məşq səhər, ikinci məşq isə axşam saatlarında baş tutacaq.
