5 yanvar 2016 12:40
AFFA: Ramin Musayevin klublara transfer qadağası qoymaq hüququ yoxdur
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev onlara borcu olan 9 Premyer Liqa klubuna transfer qadağası qoyacaqlarını bəyan edib. Lakin azerisport.az xəbər verir ki, onun və rəhbərlik etdiyi qurumun belə bir hüququ yoxdur.
Bunu azerisport.az saytına AFFA-dan bildiriblər. Məlumatda o da bildirilir ki, belə bir qərarı ancaq assosiasiyanın İntizam Komitəsi qəbul edə bilər.
PFL isə sadəcə, İK-ya müraciət ünvanlaya bilər ki, klublar onlara olan borclarını ödəmir. Yalnız bundan sonra İK həmin klublara müxtəlif cəzalar tətbiq edə, eləcə də transfer qadağası qoya bilər.
