5 yanvar 2016 12:00
Vladimir Dimitrosvki Qarabağa əvəz tapdı
"Qarabağ"ın sabiq müdafiəçisi Vladimir Dimitrovski özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, makedoniyalı futbolçu bundan sonra Çexiyada çıxış edəcək.
Belə ki, o, bu ölkənin "Teplitse" klubuna keçib. 27 yaşlı futbolçu artıq bu klubla rəsmi müqavilə də imzalayıb.
Qeyd edək ki, Dimitrovski "Qarabağ"a cari mövsümün əvvəlində keçsə də, bu komandada özünü göstərə bilmədiyi üçün tərəflər qış fasiləsi zamanı yollarını ayırmağa qərar verdilər.
