5 yanvar 2016 11:15
PFL-dən klublara transfer qadağası
Peşəkar Futbol Liqası bu qış fasiləsi zamanı klublarımızın yeni transferlər etməsinə qadağa qoyub. Azerisport.az xəbər verir ki, bunu "Xəzər" TV-yə açıqlamasında PFL prezidenti Ramin Musayev bildirib.
Musayev bəyan edib ki, elitada çıxış edən 10 klubdan 9-nun PFL-ə borcu var. Borcu olmayan yeganə klub isə "Qarabağ"dır. Yerdə qalan klublar borclarını ödəmək istəmədiyi üçün, PFL onlara transfer qadağası qoymaq qərarına gəlib.
Maraq üçün qeyd edək ki, borcu olan klublardan "İnter" və AZAL artıq yeni oyunçularla müqavilə imzalayıblar.
