5 yanvar 2016 11:00
Rasim Ramaldanov: XL geri qayıtmağımı istəsə də, başqa klublarla danışıq aparıram
"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Rasim Ramaldanov bəyan edib ki, sabiq klubu ona yeni müqavilə təklif etsə də, hələ onu müsbət cavablamayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, "Xəzər Lənkəran"ın mənə qayıtmaq təklifi etdiyi doğrudur. Amma mən hələ düşünürəm. Çünki başqa variantlar da var. Digər klublarla da danışıqlar aparıram".
