5 yanvar 2016 00:25
Sumqayıtın yoxlama oyunu keçirəcəyi iki rəqib bəllidir
"Sumqayıt" Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığa start verir. Azerisport.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün - yanvarın 5-dən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcək.
Komanda saat 14:00-da "Kapital Bank Arena"da yeni ildə ilk məşqinə çıxacaq. Sumqayıtlılar hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 2 yoxlama oyununun tarixi məlumdur. Komanda yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə "Sumqayıt" səfərdə AZAL-la qarşılaşacaq.
