4 yanvar 2016 14:40
İnter Antalyada ilk matçını Verderə qarşı keçirəcək
"İnter"in bu gün Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacağını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, paytaxt klubu qardaş ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.
Həmin oyunların yanvarın 13, 16, 20 və 23-də keçirilməsi nəzərdə tutulub. Zaur Svanadze futbolçularını ilk olaraq Almaniyanın "Verder" klubunun əvəzedici komandasına qarşı keçirəcək.
