4 yanvar 2016 13:20
İnter bu gün Antalyaya yola düşür
Bu gün "İnter" komandası təlim-məşq toplanışı keçmək məqsədilə Türkiyənin Antalya mahalına yol düşür. Azerisport.az xəbər verir ki, "Riu Kaya Belek" mehmanxanasında məskunlaşacaq komandanın hazırlıq müddəti yanvarın 23-dək davam edəcək.
"İnter" toplanış çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərin adları və oyunların tarixi barədə əlavə məlumat veriləcək.
