4 yanvar 2016 12:40
Orxan Sadıqlı yenidən Xəzər Lənkəranda, daha ikisi qayıda bilər
"Xəzər Lənkəran"la yollarını ayıran qapıçı Orxan Sadıqlı hələ də özünə yeni klub tapmayıb. Azerisport.az xəbər verir ki, bu üzdən də o, yenidən cənub təmsilçisinə qayıtmaq qərarına gəlib.
Bu həftə onun "ağ-yaşıllar"la yeni müqavilə imzalaması gözlənilir. Sadıqlı kimi, bu komandanı tərk edən Rasim Ramaldanovla Tural Cəlilovun da yenidən "Xəzər Lənkəran"a dönməsi ehtimalı var.
