4 yanvar 2016 12:00
Malaqanın sabiq forvardı Qəbələdən imtina etdi
İspaniyanın "Malaqa" klubundan ayrılan Azərbaycanın U-19 yığmasının hücumçusu Qara Qarayev karyerasını "Qəbələ"də davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, 18 yaşlı forvard bölgə klubunun əvəzedici komandasına dəvət olunub.
Ona bu komandada baxışda olmaq təklif olunub. Özünü bəyəndirəcəyi halda, onunla müqavilə imzalanacmış. Amma futbolçu bu təklifdən imtina edib.
