4 yanvar 2016 17:05

Millimiz Latviya ilə sülhə razılaşdı

FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Təbriz Həsənovun çalışdırdığı komandamız startda Latviya ilə üz-üzə gəlib.

Qeyd edək ki, Sankt-Peterburqda, “Peterburqski” İdman-Konsert Kompleksində baş tutacaq görüşdə millimiz Latviyanın U-19 komandasına qarşı mübarizə aparıb. Özündən böyüklərə qarşı mübarizə aparmasına baxmayaraq, görüşdə hesabı məhz millimizin üzvləri açıblar. Amma futbolçularımız ilk yarının sonlarında penaltidən buraxılan qolla üstünlüyü əldən veriblər. Nəticədə, ikinci yarıda başqa qol vurulmadığından, matç sülhlə başa çatıb.

Valentin Qranatkinin xatirə turniri
C qrupu

4 yanvar

15:15. Azərbaycan - Latviya - 1:1 (1:1)
Qollar: P.Mehdiyev, 40 (1:0). R.Uldrikis, 45-pen. (1:1).

Azərbaycan: 1. Murad Popov, 2. Hüseyn Seyliqli, 3. Ricat Qarayev, 4. Yusif Həsənov, 5. Elçin Əsədov (k), 7. Fərid Nəbiyev, 8. Mətin Gülər, 9. Öksüz Doğukan, 10. Pilağa Mehdiyev, 11. Murad Mahmudov, 12. Kamran İbrahimov, 15. Ceyhun Muxtarlı.
Ehtiyat oyunçular: 6. İbrahim Qədirzadə, 14. Bahadur Həziyev, 16. Süleyman Əhmədov, 17. Arzuman Rizvanov, 18. Cem Murat, 19. Aslan Bədəlzadə, 20. İsmayıl Babayev, 22. Şahin Zəkiyev.
Baş məşqçi: Təbriz Həsənov.

Bu gün qrupumuzdakı digər oyunda Bolqarıstanla Sloveniya qarşılaşıb. Sloveniyalılar 4:1 hesabıyla qalib gəliblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.