4 yanvar 2016 00:10
Rəşad Sadıqov: Qəbələnin 10 oyunluq qələbə seriyasını yaxşı xatırlayıram
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə çempionluq uğrunda mübarizədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün əvvəlində mənə "Qəbələ"ni 10 xal qabaqlayacağımızı desəydilər, buna inanmazdım. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra bizi çətin mövsüm gözlədiyini anladıq. Amma indi liderliyimizi inamla davam etdiririk. Bütün çətinliklərə baxmayaraq, bu, bizi sevindirir. Lakin bu, arxayınlaşmağımıza əsas vermir. "Qəbələ"nin ötən mövsüm qış fasiləsindən sonra necə oynadığını yaxşı xatırlayıram. Onların elə 10 oyunluq qələbə seriyası nəyə desəniz, dəyər. Mövsümün qalan dövrünə ciddi hazırlaşmağımız lazımdır. Əks halda ciddi problemlərimiz yarana bilər".
