4 yanvar 2016 00:00
İsrafilovun komandası yeni ilə darmadağınla başladı
İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti, eyni zamanda yeni ilin ilk matçına çıxıb.
Sözügedən klub səfərdə "Real Betis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 4:0 hesablı qələbəyə sevinib. İsrafilov bu görüşün 83-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Eybar" hazırda 27 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
