3 yanvar 2016 15:00
Asif Məmmədov: Qəbələdə qalacağam
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov komandadan gedəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"dən gedəcəyim barədə xəbərləri eşidəndə təəccübləndim. Bu, düz deyil. "Qəbələ"də qalacağam. Başqa komandaya keçmək barədə düşünmürəm. Başqa kluba getməyimə səbəb də yoxdur. "Qəbələ" ilə çempion olmaq istəyirəm. Ona görə də bu klubda qalacağam".
