3 yanvar 2016 13:00

Arif Əsədov: Klublarımız bundan sonra yerli futbolçulara daha çox güvənəcəklər

"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi

- 2015-ci il sizin üçün nələrlə yadda qaldı?
- İlk növbədə, iki klubumuzun Avropa Liqasındakı uğurlu çıxışı, Berti Foqtsun yığmamızdan istefası və onun yerinə Robert Prosineçkinin gətirilməsi ilə. Həmçinin də "Neftçi"nin mənim rəhbərliyim altında Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı keçirdiyi uğursuz oyunla.

- Yığmamızdan yeni ildə daha yaxşı çıxış gözləməyə dəyər?
- Prosineçkinin başladığı işin davamı gəlməlidir. O, komandada inkişafa nail olub. Həm heyətdə, həm də sərgilənən oyunda dəyişiklik var. Xorvatiyalı mütəxəssis sözdə yox, əməldə gənclərə inanır. Fikrimcə, bu il artıq komandanın qarşısında konkret hədəflər olmalıdır.

- 2016-cı ildən bütövlükdə, nə gözləmək olar?
- Qorxuram ki, milli valyutanın devalvasiyası futbol başbilənlərimizin planlarına çox böyük təsir göstərsin. Bütövlükdə, geriləmə olacağını düşünürəm. Məsələn, avrokuboklarda ciddi uğurlara nail olmaq çətin olacaq. Gördüyünüz kimi, klublarımız demək olar ki, əcnəbi futbolçu almırlar. Çünki devalvasiyadan sonra elə heyətdə olan legionerlərə az qala ikiqat əlavə pul ödəmək məcburiyyətində qalıblar. Klublar yerli və gənc futbolçulara daha çox şans verəcəklər. Bu, ölkə futbolunda yeni adların üzə çıxmasına kömək edə bilər.

- Sizcə, legioner transferinin olmaması sadəcə, devalvasiya ilə bağlıdır?
- Böyük ölçüdə, elədir. Yerli futbolçunu manatla alırsan, maaş verirsən. Amma əcnəbi futbolçunu xarici valyuta ilə. Bu da klublarımıza qətiyyən sərf etmir. Ona görə də klublarımız yerli futbolçulara daha çox şans verəcəklər.

- "Neftçi", AFFA Hakimlər Komitəsi ölkə xaricinə təlim-məşq toplanışına getməkdən imtina edib. Sizcə, bu, nədənsə xəbər vermir ki?
- Çox şeydən xəbər verir. İlk növbədə ciddi maliyyə problemlərindən. Bu yaxınlara qədər hətta birinci divizion klubları da ölkə xaricinə təlim-məşq toplanışına yollanırdılar. "Neftçi" ölkə xaricinə gedə bilmirsə, o zaman bu böhran digər klublarımıza daha ciddi təsir göstərəcək. Hakimlərə gəlincə, onların toplanışa getməməsi mövsümün qalan dövründə daha keyfiyyətli idarəçilik görməyimizə təsir edə bilər.

- "Neftçi"nin də Bakıda hazırlıq keçməsi onların çıxışına təsir göstərə bilər?
- Deməzdim ki, çox ciddi təsir göstərəcək. Amma Bakıdakı hava problem yaradacaq. Üstəlik, ölkə xaricindəki kimi layiqli sınaqçı-rəqiblər tapa bilməyəcəklər. Antalyada yaxşı ot örtüklü meydançalar çoxdur. Müxtəlif ölkələrdən olan rəqiblər də komandaya əlavə motivasiya verəcəkdi. Bakıda nə qədər yaxşı hazırlıq keçsən də, yanvar ayında hava çox soyuq olur. Fasilə dövründə də Premyer Liqa klublarının bir-biri ilə qarşılaşması yaxşı hal deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.