3 yanvar 2016 12:00
Navalovski: Svanadzeni yaxşı tanısam da, İnterə dönmək istəmirəm
"İnter"in sabiq müdafiəçisi Georgi Navalovski bəyan edib ki, yenidən bu kluba qayıtmaq fikri yoxdur. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə birgə çempion olduğumuz ili yaxşı xatırlayıram. Bu komandanı özümə o qədər doğma hesab edirdim ki, sanki öz evimdə oynayırdım. Düzdür, həmin dövrdə mənə çox oynamaq qismət olmadı. Halbuki, bunu çox istəyirdim. Zaur Svanadze ilə çox yaxşı münasibətimvar. O, yaxşı insan və məşqçidir. Amma "İnter"ə qayıtmaq istəmirəm. Mənim planlarım başqadır: Avropada oynamaq istəyirəm".
