3 yanvar 2016 00:20
Kəpəzin kapitanı Qəbələyə keçməkdən imtina etdi
"Kəpəz"in kapitanı Tural Axundov "Qəbələ"yə keçməyəcək. Azerisport.az saytına açıqlamasında o, bunu özü söyləyib:
"Bəli, "Qəbələ"dən və digər klublardan təklif almışdım. Hətta danışıqlar da apardıq. Amma "Kəpəz"də qalmağa üstünlük verdim. Çünki komandama yaya qədər kömək etmək istəyirəm. Elə bu üzdən də digər klublara keçməkdən imtina etdim".
