2 yanvar 2016 15:00
Orxan Sadıqlı bir Türkiyə, üç Azərbaycan klubu ilə razılığa gələ bilmədi
"Xəzər Lənkəran"ın sabiq qapıçısı Orxan Sadıqlı gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənimlə dörd klub maraqlanırdı. Amma onların heç biri ilə razılığa gələ bilmədik. Onların hansı komandalar olduğunu deyə bilmərəm. Çünki keçid alınmadı. Amma niyə alınmadığını deyə bilərəm. Onların ikisi ilə maliyyə məsələsində razılığa gələ bilmədik. Bir klub məni ehtiyat qapıçı kimi heyətinə cəlb etmək istəyirdi. Mən də bununla razılaşmadım. Türkiyə klubuna keçmək variantım da var idi. Amma onlarla da maliyyə məsələsində razılığa gələ bilmədik. Hazırda azad agent statusu daşıyıram".
