2 yanvar 2016 13:00

Dmitri Nağıyev: Millidə mənə qarşı düzgün hərəkət etmədilər

Azərbaycanın gənclərdən ibarət yığma komandasının və Ukraynanın "Dnepr" klubunun müdafiəçisi Dmitri Nağıyevin azerisport.az saytına müsahibəsi

- Son dövrlər gənclər yığmamıza dəvət olunmursunuz. Niyə?
- Məni gənclər yığmasına çağırsalar da, AÇ-2017-nin seçmə mərhələ oyunlarında şans vermədilər. Yəqin ki, baş məşqçi məni komandasının oyun üslubuna uyğun hesab etmir. Mənə qarşı düzgün addım atmadılar. Son dövrlər isə ümumiyyətlə çağırmırlar.

- Niyə?
- Bunun cavabını ən yaxşı baş məşqçi bilər. Ondan soruşun.

- Maraqlıdır ki, oxşar vəziyyətlə Pavel Paşayev də üzləşir. O, əsas yığmamıza dəvət olunsa da, AÇ-2016-nın seçmə mərhələ oyunlarında meydana buraxılmadı. Yəni Ukrayna çempionatı o qədər zəifdir ki, bu ölkənin klublarında çıxış edən futbolçular milli komandalarımızda oynaya bilmirlər?
- Düzünü deyim ki, Paşayevi Ukrayna çempionatının oyunlarında görmürəm. Robert Prosineçki yaxşı mütəxəssisdir. O, meydana kimi buraxmaq lazım olduğunu yaxşı bilir. Ola bilsin ki, Ukrayna çempionatı son dövrlər zəifləyib, amma yenə də Azərbaycan çempionatından güclüdür. Məsələn, Azəbaycanda Donetsk "Şaxtyor"u, Kiyev "Dinamo"su səviyyəsində klub yoxdur.

- "Dnepr"in əvəzedici komandasında bu mövsüm 15 oyun keçirmisiniz. Öz çıxışınızı necə qiymətləndirərdiniz?
- Sabit oynamışam. Komandamız əvəzedicilərin çempionatında üçüncü yerdə gedir. Hesab edirəm ki, daha çox oynamaq üçün artırmaq lazımdrı.

- Belə çıxır ki, Dmitri Mixaylenko sizə güvənir...
- Bəli, baş məşqçimiz mənə güvənir. Buna görə şadam. Onun etimadını doğrultmağa çalışıram.

- Bəs əsas komandaya yüksəlmək şanslarınız barədə nə deyərdiniz?
- Hər bir gənc futbolçu kimi, mən də arabir "Dnepr"in əsas komandası ilə məşq edirəm. Amma mənə elə gəlir ki, əsas komandanın baş məşqçisi Miron Markeviç əvvəlki illərlə müqayisədə indi mənə az güvənir.

- Nə vaxtsa, sizi "Dnepr"in əsas heyətində görə biləcəyik?
- Şans həmişə var. Daha çox məşq etmək, özünü göstərmək lazımdır. Nə vaxtsa "Dnepr"dən getsəm, daha sabit çıxış etmək şansı qazanacağım kluba keçərəm.

- Təsadüfən, Azərbaycan klublarına keçmək barədə düşünmürsünüz?
- Xeyr, Azərbaycandan təklif almamışam. Ola bilər ki, kimsə istəyib. Amma mən bu barədə heç nə eşitməmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.