2 yanvar 2016 11:00
Muarem Türkiyə klubuna keçmədi, Azərbaycana qayıdır
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muaremin Türkiyənin "Yeni Malatyaspor" klubuna transferi hələ də baş tutmayıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun direktoru Ali Ravçı yerli mətbuata açıqlamasında məlumat verib:
"Muaremin komandamıza keçidi gerçəkləşmədi. Bu futbolçu Azərbaycandan bir komanda ilə anlaşıb".
Qeyd edək ki, makedoniyalı xavbek "Qarabağ"a 2012-ci ilin fevral ayında gəlsə də, 2014/15 mövsümündən sonra Türkiyə "Əskişəhərspor"una yollanmışdı. Amma bu komandada heç bir rəsmi oyuna çıxmayan futbolçu müqaviləni pozmaq məcburiyyətində qalmışdı.
