1 yanvar 2016 17:00

Füzuli Allahverdiyev: Bütün istəyimiz komandanın qitəmiqyaslı turnirdə oynamasıdır

Bu gün “Kəpəz”in əsas komandasının məşqçisi Füzuli Allahverdiyevin doğum günüdür. Azerisport.az xəbər verir ki, vaxtilə futbolçu kimi də bu komandanın şərəfini qorumuş Allahverdiyevin 53 yaşı tamam olur. Bu münasibətlə klub saytı ondan müsahibə alıb.
 
- Füzuli müəllim, sizi təbrik edirik...
- Sag olun, onu deyim ki, bir qayda olaraq bizim evdə eyni vaxtda üç bayramın sevinci yaşanır. Çünki həm Həmrəylik Günü, həm Yeni il, həm də ad günüm qeyd olunur (gülür). Hər ilin bu vaxtı bizdə bayram üç qat qeyd edilir. Əvvəllər Həmrəylik Günü yox idi, ona görə sevincimiz iki qat idi, amma indi evimizdə üç qat bayramdır. Ümumiyyətlə, Allahverdiyevlər üçün yanvar ayı xüsusi aydır. İki qardaşım və öz övladım da yanvarda doğulub. Biz yanvara ad günləri ayı kimi baxırıq.

- Doğum gününüz elə bir vaxta düşüb ki, istər-istəməz təmtəraqla qeyd etməlisiniz...
- Düzdür, bayramlar üst-üstə düşdüyündən təmtəraqlı alınır. Mən ad günümü təmtəraqlı şəkildə qeyd etməyi xoşlamıram. Amma istənilən halda belə alınır. Bayrama görə evə gələn, gedən olur. Qohumlar, yaxınlar bilirlər deyə, bizə gəlirlər. Hamı üçün unudulmaz gündür. Hərdən zarafatla deyirəm ki, mənim ad günümü bütün dünya qeyd edir. Onu da əlavə edim ki, heç 50 illik yubileyimi də geniş əhatədə qeyd etmədim.

- İstərdim ki, komandanın çıxışı haqda danışaq...
- “Kəpəz”in yüksək liqaya qayıdışı bizim üçün elə bayram oldu. Bu, bütün futbolsevərlərin arzusu idi. Dönüşümüz də deyərdim ki, yaxşı alındı. Debüt ili üçün pis nəticə deyil. Çünki bir aya yığılmış komandadır. Şahin Diniyev yaxşı kollektiv formalaşdırıb, əsas odur ki, mehribanlıq var. Uşaqlara da bəzən deyirəm ki, istər oynadığım, istərsə də işlədiyim dövrlərdə belə kollektiv görməmişəm. Futbolçular, məşqçilər və rəhbərlik bir-biri ilə çox mehribandır. Bunun nəticəsidir ki, komanda yaxşı çıxış edir. Bütün fikri də Avropa Liqasına vəsiqə qazanmağa yönəltmişik. Az öncə klubun həkimi zəng edib ki, təbriklərini və arzularını çatdırdı. Ona dedim ki, bütün istəyimiz komandanın qitəmiqyaslı turnirdə oynamasıdır. Əsas arzumuz budur.

- Füzuli müəllim, oynamaq daha asan idi, yoxsa işləmək?
- Futbolçu olmaq daha asandır. Oynayanda adam çox şeyi hiss etmir. Fikirləşirsən ki, meydançadayam, komandam uduzanda qol vurub və ya ötürmə edib məğlubiyyətdən xilas edə bilərəm. Amma kənarda məşqçi kimi olanda düşünürsən ki, görən oyunçu bunu edə biləcək? Məşqçinin məsuliyyəti də futbolçudan çox olur. Çünki nəticəyə məşqçi cavabdehdir.

- Heç düşünmüsünüz ki, kaş indi futbolçu olardım və komandaya kömək edərdim?
- Hərdən belə xəyala dalıram. Biz oynadığımız vaxtlarda şərait belə deyildi. Bu cür meydançalar yox idi, amma indi daha yaxşıdır. Təşkilati işlərlə bağlı müəyyən çatışmazlıqlar vardı. Hazırda belə şeylər yoxdur. Hər şey qaydasındadır. Oynamağa da qalanda, təbii ki, meydanda olmaq istəyərdim. İndi futbolçu olsaydım, mənim üçün çox maraqlı olardı. Oynayıb, “Kəpəz”ə dəstək vermək istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.