1 yanvar 2016 13:00
Qarabağ və Sumqayıtın futbolçuları Məkkəni ziyarətə getdilər
"Qarabağ"ın futbolçuları Səudiyyə Ərəbistanına səfərə yollanıblar. Azerisport.az xəbər verir ki, söhbət Ağdam klubunun müdafiəçisi Bədavi Hüseynov, eləcə də Sumqayıt təmsilçisinin üzvü Şahruddin Məhəmmədəliyevlə Murad Ağayevdən gedir.
Onlar Məkkəni ziyarətə gediblər. Sözügedən futbolçuların səfəri komandalarının Türkiyə toplanışı ərəfəsində başa çatacaq.
