1 yanvar 2016 12:30

Stepan Polyak: İnterdən maliyyə problemlərinə görə ayrıldım

"İnter"in sabiq yarımmüdafiəçisi Stepan Polyakın azerisport.az saytına müsahibəsi

- Stepan, bizdə olan məlumata görə, "İnter"dən ayrılmısınız. Bu, doğrudur?
- Bəli, "İnter"dən getmişəm.

- Niyə?
- Gedişimin bir neçə səbəbi var. Dəqiq olan bir şey var ki, artıq Xorvatiyadayam və "İnter"ə qayıtmayacağam.

- Klubun sizə borcu var?
- Xeyr, heç bir borcları yoxdur. Onlar bütün məvacibimi ödəyiblər.

- Pul deyilsə, sizin klubu tərk etməyinizə başqa nə səbəb ola bilər?
- Düzünü deyim ki, mən məhz maliyyə məsələsinə görə getməli oldum. Klubun bu baxımdan problemləri var. Gələcəkdə necə olacağı da bilinmir. İkinci səbəb baş məşqçi Zaur Svanadze ilə bağlıdır. O, hesab edir ki, mən "İnter"ə lazım deyiləm. O, elə düşünürsə, niyə bu klubda qalmalıyam?

- Sizinlə başqa yerli klublardan maraqlanan var?
- Heç bir klubla danışıq aparmamışam. Çünki mənimlə maraqlanan olmayıb. Azərbaycana qayıtmayacağam. Menecerim başqa ölkələrdə klub axtarır. Qış fasiləsi başa çatana qədər özümə yeni klub tapmaq istəyirəm.

- Svanadzenin etimadını qazanmaq o qədərmi çətin idi?
- Əslində, onunla yaxşı anlaşırdım. Çempionatın əvvəlində çox oynamasam da, sonradan mənə şans verməyə başladı. Fikrimcə, özümü yaxşı tərəfdən göstərməyi bacardım. Təəssüf ki, vəziyyət belə alındı və "İnter"i tərk etmək məcburiyyətində qaldım.

- "İnter"ə "Qarabağ"a qarşı çempionluq mübarizəsində kömək edə biləcəyinizi düşünürsünüz?
- Məncə, "Qarabağ" çempionatın qalibi olacaq. Onları indidən təbrik edə bilərəm. Qalan klublar isə ikinci yer uğrunda mübarizə apara bilərlər.

- "İnter"ə yeni prezident təyin olunub. Sizcə, bundan sonra klubun maliyyə vəziyyəti düzələ bilər?
- Yaxşı təyinatdır. Ümid edirəm ki, bütün problemləri həllini tapacaq. Son yarım ildə bütün çətinliklərə baxmayaraq, turnir cədvəlinin üst pillələrində qərarlaşmaq üçün əlimizdən gələni etdik. Bununla futbolda pulun hər şeyi həll etmədiyini isbatladıq. Kollektivimiz əsl peşəkarlıq və xarakter nümayiş etdirdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.