1 yanvar 2016 12:00
AFFA Hakimlər Komitəsi Türkiyə toplanışından imtina etdi
Milli manatın devalvasiyası AFFA Hakimlər Komitəsinin də planlarına təsirsiz ötüşməyib. Azerisport.az xəbər verir ki, sözügedən qurum hər il olduğu kimi, bu qış da Türkiyədə təlim-məşq toplanışı keçməyi planlaşdırırdı.
Amma AFFA-dan aldığımız məlumata görə, bu toplanış ləğv olunub. Böhran səbəbindən hakimlərimiz bu qış ölkə daxilində hazırlıq keçəcəklər.
