31 dekabr 2015 13:00
Vaqif Sadıqov: Əldə etdiyimiz uğurlardan razı qalmalıyıq
AFFA Məşqçilər Korpusunun rəhbəri Vaqif Sadıqov 2015-ci ilin yekunlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Geridə qalan idman və futbol ilinin müsbət keçdiyini demək olar. Baxmayaraq ki, ilə o qədər də yaxşı başlamamışdıq. Bu mənada xüsusilə Azərbaycan yığmasının nəticələrini qeyd etmək lazımdır. Amma sonradan döyüşkən bir komanda formalaşdırmağı bacardıq. "Qarabağ"la "Qəbələ"nin avrokuboklardakı uğurlarını da xüsusi qeyd etmək lazımdır. Bütövlükdə, əldə etdiyimiz uğurlardan razı qalmalıyıq. Ümid edirəm ki, növbəti il bizim üçün daha uğurlu olacaq. Özümüzü ən azından buna kökləməli və uğurlar qazanmağa çalışmalıyıq".
